SON XƏBƏR

Arxiyepiskop Aleksandr: Dinlərarası dialoq axtarışında olan insanlar bildilər ki, Azərbaycan bəşəriyyət qarşısında duran sualların cavabını tapa bilib

Yanvar 10
12:29 2018
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr yanvarın 9-da Milad bayramı münasibətilə keçirilən qəbulda bildirib ki, 2017-ci il həm bütün dünya, həm də Azərbaycan üçün bir çox hadisələrlə yadda qalıb. Ötən il Azərbaycanda "İslam Həmrəyliyi İli” elan olunmuşdu. Bununla əlaqədar həm ölkə daxilində, həm də xaricdə bir çox tədbirlər, görüşlər keçirildi. Sivilizasiyalararası, mədəniyyətlərarası, dinlərarası dialoq axtarışında olan insanlar bildilər ki, Azərbaycan bununla əlaqədar bəşəriyyət qarşısında duran sualların cavabını tapa bilib.
 
Arxiyepiskop qeyd edib ki, bu gün insanlar qarşısında bəşəriyyətə mənfi təsir göstərə bilən problemlər də mövcuddur. Belə problemlərdən biri terrorizmdir. Bundan başqa, dini öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan qüvvələr var. Din xadimləri olaraq biz dindən siyasi məqsədlər üçün istifadənin qarşısını almalıyıq.
 
Milad bayramının sevinc, barışıq bayramı olduğunu vurğulayan arxiyepiskop hər il olduğu kimi, bu il də Prezident İlham Əliyevin ölkəmizdə yaşayan xristianları təbrik etdiyini deyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bundan sonra da sabitlik, tərəqqi, firavanlıq şəraitində inkişaf edəcəyinə əminliyini ifadə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook