SON XƏBƏR

Arvadından 24 yaş balaca prezidentliyə namizəd - Sevgi hekayəsi

Aprel 24
00:28 2017
Bu gün Fransada prezident seçkilərinin birinci turu keçirilir. Emmanuel Makron bu seçkilərdə prezidentliyə ən real namizədlərdən hesab edilir.

Qlobal.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Avropanın ən xarizmatik siyasətçilərindən biri olan Makronun həyat yoldaşı özündən 24 yaş böyükdür. Onun iqtisadi artımla bağlı qəbul etdiyi qanun seçkilərdə qələbə qazanmağına böyük şans yaradıb.

O, ölkəsində siyasi karyerasından başqa, həm də sevgi hekayəsi ilə də böyük məşhurluq qazanıb. Emmanuelin 15 yaşı olarkən məktəbdə Bricit adlı müəlliməsinə vurulur. 17 yaşında isə özündən 24 yaş böyük Bricitə onunla evlənəcəyi ilə bağlı söz verir. Qadınsa yeniyetmənin bu özgüvənini ələ salır. O, evli idi və 3 övladı var.

Bütün bunlara baxmayaraq, 2007-ci ildə Bricit gözlənilmədən həyat yoldaşından boşanır və Emmanuellə evlənir. Xanım Makron Parisdə dini məktəbdə dərs deməyə davam edir.

Cütlüyün övladı olmasa da, Emmanuel Bricitin nəvələrinə xüsusi qayğı ilə yanaşır.
 

 

 

 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook