SON XƏBƏR

“Artur Rasizadə nəinki buldozer, ən müasir tankdan güclüdür” – Millət vəkili

Mart 23
09:49 2017
Deputat Yevda Abramov mətbuatda "Baş nazirin sonuncu hesabatıdır və o istefaya gedəcək” tipli xəbərlərin yayılmasına münasibət bildirib və bunu ürəkbulandırıcı adlandırıb:
 
"Bu, bizə yaraşmır. Bilirsiniz, niyə yaraşmır? O xalq, o millət ki, prezidentini, Baş nazirini, spikerini sevir, o xalq xoşbəxt xalqdır, o ölkə güclü ölkədir. Belə ölkə balacalığından, ərazinin kiçikliyindən, xalqının sayından asılı olmayaraq böyük dövlətlərdən də güclüdür. Mən kiməsə yaltaqlanmaq fikrində deyiləm. Amma elə vəzifə, elə sahələr var ki, o vəzifələri yaşlı insanlara etibar etmək böyük xoşbəxtlikdir. İsraildə bir Baş nazirə "buldozer” (Ariel Şaron – red) ləqəbi vermişdilər. Allah qəni-qəni rəhmət eləsin, Artur müəllim onun torpağı sanı yaşasın, bizim Baş nazir nəinki buldozer, dünyanın ən müasir tanklarından da güclüdür.” (Meydan.tv)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook