SON XƏBƏR

"Artıq internet əsri hansı fəsadlara gətirib çıxarır, anlamalıyıq" - Eldar Namazov

Sentyabr 11
15:14 2019
"İqtidar və müxalifət arasındakı müzakirələr davamlı olmasa, bu tədbir xalqımız, millətimiz üçün heç bir xeyir verməyəcək".

Modern.az xəbər verir ki, bunu siyasi partiyaların iştirakı ilə keçirilən bugünkü dəyirmi masada çıxış edən politoloq Eldar Namazov söyləyib.

O bildirib ki, davamlı olmasa, tədbirdə qəbul edilən bəyanatlar da mənasız olacaq:

"Artıq internet əsri hansı fəsadlara gətirib çıxarır, anlamalıyıq. Dövlət başçılarına qarşı təhqiramiz addımlar artıq trendə çevrilib. Əsas problem isə kiminsə bu addımı atması deyil, insanların sosial şəbəkələrdə buna dəstək verməsidir. Bu ciddi problemi aradan qaldırmaq üçün çalışmalıyıq".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook