SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

Arif Qasımovun da payı olan “Park Sity”-də işlər niyə dayandırıldı?

Oktyabr 11
01:08 2019
Son vaxtlar paytaxtın Nizami rayonunda müəmmalı hadisələrin baş verməsi barədə dövri mətbuatda yayılanlardan daha çoxu gizli qalır.

Mart ayında "Diqlas” Ticarət Mərkəzinin, iyun ayında "Neftçilər” Metrostansiyasının yaxınlığındakı "X-Ledi” Ticarət Mərkəzinin və ona bitişik "İzabellla” mağazasında baş vermiş müəmmalı yanğın hadisələri, Nizami rayonu Mehdi Abbasov küçəsi 6A ünvanda sakinlərlə "Vesta Construction” adlı şirkət arasında yaşanan qalmaq bu rayonda işlərin heç də ürəkaçan olmamasından xəbər verir.

Vaxtı ilə bu rayonun bələdiyyə sədri olmuş və ərazini kifayət qədər yaxşı tanıyan Arif Qasımovun bu rayona İcra Hakimiyyətinin başçısı təyin edilnəsindən sonra yerli idarə, müəssisə rəhəbrələri və sahibkarlardan rayon ərazisində abadlıq işlərinin aparılması adı altında pul tələb etməsi də mətbuatda hallanan mövzulardan idi.

Amma İcra başçısı abadlıq və quruculuq işlərindən daha çox fəliyyətinə "8-ci kilometr”bazarı adlanan ərazidə yeni obyektlərin tikintintisinə sərəncanlar verməklə başladı. Elə həmin ərazidə”Lotos” Ticarət Mərkəzinin yaxınlığındakı məhv edilmiş şamlığın yerində tikilmiş mağazalar və "Piknik” restoranı Arif Qasımovun İcra başçısı kimi gördüyü ilk işlərdir. Rayon ərazisinin abadlaşdırılmasını gözləyən sakinlərin gözlədiklərinin əksinə olaraq Arif Qasımov hazırda rayonun künc-bucaqlarında satmadığı torpaq sahəsi qalmayıb.

Nizami rayonunda Rüstəm Rüstəm küçəsi 72A ünvanda bünövrəsi 2017-ci ilin dekabr ayından qoyulmuş hündürmərtəbəli binanın tikintisnin başa çatmasına az qalmış Vergilər Nazirliyi binada tikinti işlərini dayandırıb. Tikintinin dayandırılmasına səbəb isə "Park City” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikilidə əmlakın siyahıya alınması tədbirlərini həyata keçirən Nazirlik 457 432,91 vergi borcu müqabilində 480 000 manat məbləğində əmlakı (obyekti) siyahıya alındığını müəyyən edib. Cəmi 43 000 manata görə tikilinin dayandırılması heç də həqiqətə uyğun bir hal deyil.

Aktualinfo.org-un əldə etdiyi məlumatlara bu heç də vergidən yayınmaqla bağlı olan bir məsələ deyil. Məsələ ondadır ki, tikintidə müqavilədə göstəriləndən həm artıq ərazıyə daxil olunub, həm də artıq mənzil inşa edilib. Yəni müqavilədə göstəriləndən 2-3 mərtəbə artıq. Məlumatlara görə müqavilədə göstərilənlərdən artıq mənzillərin tikintisi məhz Arif Qasımovun göstərişi ilə baş tutub ki, bu da Vergilər Nazirliyinin və digər aidiyyatı orqanların nəzərindən yayınmayıb.

Məhz bu səbəbdən də artıq bir neçə gündür ki, tikinti sahəsində işlərin dayandırıldığını bildirən sakinlərin sözlərinə görə dünən gecə saatlarında tikintinin kənarına çəkilmiş daş hasar sökülərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu da o deməkdir ki, Arif Qasımov artıq əraziyə nəzarəti itirib. Onun son günlər tikinti sahəsində tez-tez görünməsini,göstərişlər verməsini bildirən sakinlərin sözlərinə görə artıq fəhlələr də işə çıxmırlar və müdiriyyətlə aralarında narazılıqlar yaşanmaqdadır.

Aktualinfo.org Vergilər Nazirliyinin elektron portalından "Park-Sity” MMC-nin kimə məxsus olduğunu öyrənməyə çalışsa da, cəmiyyət barədə heç bir məlumat tapılmadı. Lakin sakinlərindən aldığımız məlumatlara görə tıkintiyə məhz İcra Hakimiyyətinin başçısı Arif Qasımov nəzarət edir.

Sakinlərin sözlərinə görə İcra başçısı hətta çox vaxt piyada gəlir Qeyd edək ki,sözügedən ərazi Nizami rayon İcra Hakimiyyətinin arxasında,150-200 metrlik məsafədə yerləşir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook