SON XƏBƏR

Arif Məmmədov Rusiyanın kəşfiyyat orqanlarına xidmət edir - FAKT

May 23
10:39 2019
Avropa küçələrində şoumenlik edənlərdən biri də keçmiş diplomat Arif Məmmədovdur.

Onun ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının öncüllərindən olduğu bəllidir. Adam daima dövlətə, millətə qarşı şəxsi qərəzini sosial şəbəkəyə qusmaqdan sanki həzz alır. İndi isə guya Rusiyada həbs olunan azərbaycanlı jurnalist Fuad Abbasovun halına "acıyır". Yazıb ki, Fuad Abbasov böyük və kiçik teatrın aktyorudur. Bu oyuna inananlar isə idiotdular.

Bəli, bu adam erməni dəyirmanına su tökməkdən şərəf duyduğu kimi, Rusiyayanın kəşfiyyat orqanlarına xidmət etməkdən də həzz alır.

Onların hər bir tapşırığını canfəşanlıqla "yerinə yetirir".

Rusiyanın, eləcə də dünyanın ən təhlükəli hərbi kəşfiyyat orqanı olan QRU-nun (Главное разведывательное управление - Baş Kəşfiyyat İdarəsi) əməkdaşının bu dəfəki tapşırığı isə Fuad Abbasovu gözdən salmaq, aşağılamaqdır...

AzNews.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook