SON XƏBƏR

ARDNF: VTB-nin Ukraynadakı törəməsinin zərəri minimuma endiriləcək

May 01
12:31 2017
"Son zamanlar regiondakı məlum geosiyasi vəziyyət fonunda "VTB Bank" publik səhmdar cəmiyyətinin (VTB) Ukraynadakı fəaliyyəti də müvafiq sanksiyalara məruz qalıb və adıçəkilən bank tərəfindən rəsmi açıqlamalarda da Ukraynadakı fəaliyyətin potensial zərərlərin minimuma endirməsi ilə dayandırılması düşünülür". Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

"Təbii ki, VTB-nin səhmdarlarından biri kimi uzunmüddətli dövr ərzində bankın maliyyə dayanıqlığı, gəlirlilik göstəriciləri bizim üçün olduqca mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə müvafiq araşdırmalar aparılır, bankın cari vəziyyəti təhlil edilir. Qeyd edilən məsələ də təbii ki, daima diqqət altında saxlanılır və bu istiqamətdə adıçəkilən bankla mütəmadi olaraq mövcud vəziyyətin öyrənilməsi ilə bağlı danışıqlar aparılır. VTB-nin hazırkı vəziyyəti ilə bağlı aparılan təhlillər, eləcə də Ukraynadakı aktivin ümumi aktivlərdəki çəkisi, habelə ümumi gəlirlilikdəki payı da nəzərə alınaraq uzunmüddətli dövrdə törəmə bankın dayanıqlı fəaliyyətinin davam edəcəyi qənaətindəyik", - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, 2013-cü ildə ARDNF VTB tərəfindən emissiya edilmiş 500 mln. dollar həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,95%-lik paya sahib olub. ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının müstəqil üzvüdür.

Martın 23-dən etibarən rəsmi Kiyev Ukraynada fəaliyyət göstərən Rusiyanın 5 dövlət bankına qarşı 1 illik sanksiya tətbiq. Sanksiya ilə üzləşən banklar arasında VTB-nin törəməsi də var.

Bir müddət öncə Ukrayna Milli Bankının sədr müavini Yekaterina Rojkova bəyan edib ki, "Rusiya banklarının Ukraynada gələcəyi yoxdur".





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook