SON XƏBƏR

Arda Turan transferi rəsmən açıqlandı

Yanvar 09
15:54 2018
Türkiyə millisinin üzvü Arda Turanın transferini bitirmək üçün Barcelonaya gedən Medipol Başakşehir klubunun prezidenti Göksəl Gümüşdağ açıqlama verib.
Avropa.info xəbər verir ki, Gümüşdağ Ardanın transferi məsələsində "Barselona” ilə böyük ölçüdə razılığa gəldiklərini deyib.
"Komandamız və menecerimiz gün boyu Barcelonada peşəkarlarla bir sıra görüşlər keçirərkən, mən Arda ilə vaxt keçirmişəm və onun Başakşehir formasını geyinməkdən qürur duyacağını, yenidən zirvəyə çıxmağa hazır olduğunu, istəyini gördüm, hədəflərini dinlədim, ardınca "Barcelona” klubunun icraçı direktoru ilə söhbət etdim. Qısaca deyə bilərəm ki, Ardanın ambisiyalı, bizə qarşı çox istəkli olması, klubun oyunçunu bizə verməyə niyyətli olması, bizim üçün böyük xərc olmasına baxmayaraq müsbət olacağına inanıram. Təbii ki, idman mediasının həyəcanını anlayıram və eyni həyəcanı mən də yaşayıram. Amma transferin reallaşması üçün lazım olan prosedurların tamamlanmasını gözləmək məcburiyyətindəyik. Prinsipdə hər məsələdə razılaşmış olmamıza baxmayaraq atılması lazım olan bir neçə addım var” deyə Göksəl Gümüşdağ qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook