SON XƏBƏR

“Araz market”dən qatıq aldıq, xarab çıxdı –(FOTO)

Noyabr 14
13:30 2018
Əməkdaşımız dünən -noyabrın 13-də saat 21.29 dəqiqədə Araz Marketlər şəbəkəsinin Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsində yerləşən mağazasından qatıq alıb. Qatıq xarab çıxıb.

Bizimyol.info xəbər verir ki, həmin mağazada deyiblər ki, bu, RamSüd firmasının məhsullarıdır. Onu da deyiblər ki, bu, ilk şikayət deyil və o firmadan daha qatıq almayacaqlarını söyləyiblər.

İndiyə qədər də həmin məhsuldan şikayət olubsa, niyə məhsulunu almaqda davam ediblər? Bu da başqa sualdır. Qida Təhlükəsizliyi Agentliyi hara baxırsa artıq… Bu, xarab çıxan məhsullarla bağlı birinci xəbərimiz deyil. Tədbir görülmür. İstehlakçılara qarşə qida terroru nə zamana qədər davam edəcək, hörmətli Qoşqar Təhməzli və qida sektorunda işləyən sahibkarlar?!
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook