SON XƏBƏR

Araz Ağalarovun qardaşı qızı qarət olundu

Avqust 22
09:55 2019
Tanınmış biznesmen Araz Ağalarovun qardaşı qızı, iş qadını Səbinə Ağalarovanın Rusiyadakı evi qarət olunub.

Qaynarinfo "REN TV”yə istinadən xəbər verir ki, iş xanımı polisə müraciət edərək şəhərin Leninsk prospektində yerləşən mənzilindən külli miqdarda pulun oğurlandığını bildirib.

Ağalarovanın evindən 1 milyon rubl (25 min 800 AZN) və 25 min ABŞ dolları (42 min 500 AZN) oğurlanıb. Bundan başqa, oğrular Səbinə Ağalarovanın 2 ədəd xəz paltosunu aparıblar. Oğrular ev sahibəsinin qiymətli bəzək əşyalarına toxunmayıb. 

Ağalarova öz əməkdaşlarından və mühafizəçisindən şübhələnir. Faktla bağlı Rusiya polisi araşdırmalara başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook