SON XƏBƏR

AQTA-nın tətbiq etdiyi cərimənin 50 faizi əməkdaşların sosial müdafiəsinə yönəldiləcək

Oktyabr 02
10:56 2018
Azərbaycanda baytarlıq, fitosanitar nəzarəti və yeyinti məhsulları sahəsində qanun puzuntuları ilə bağlı tətbiq ediləcək cərimələrin 50 faizi bu sahə üzrə dövlət qurumları əməkdaşlarının sosial müdafiəsinə yönəldiləcək.

"Report” xəbər verir ki, həmin sahələr üzrə qanunların pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tətbiq ediləcək cərimələrdən toplanan vəsaitin 50 faizi bu qurumun öz hesabına köçürüləcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook