SON XƏBƏR

AQTA-da islahat - müavin vəzifələrinin sayı endirilir, baytarlıq müfəttişi müavin olur

İyun 04
11:27 2019
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbər vəzifələrində dəyişiklik ediləcəyi gözlənilir. 

Qlobal.az xəbər verir ki, AzFakt.com-un əldə etdiyi məlumata görə dövlət başçısının 2017-ci ildə imzaladığı fərmana əsasən yaradılan Qida Təhlükəsizliyi Agentliyininstrukturunda yaxın zamanlarda dəyişiklik ediləcək. Xəbərdə həmçinin Agentliyin rəhbər vəzifələrinə də yeni təyinatların ediləcəyi deyilir. 

Məlumata görə AQTA-nın struktur və rəhbər dəyişikliyinin yaranmasına səbəb isə Agentliyin fəaliyyət istiqamətini düzgün qura bilməməsi, eyni zamanda bəzi sahibkarların qurumdan şikayətçi olmasıdır. 

AzFakt.com AQTA-da baş verəcək rəhbər və struktur islahatlarıının detalları barədə də bəzi məlumatlar əldə edib. Belə ki, iddialara görə struktur dəyişikliyi zamanı AQTA-nın sədr müavinlərinin sayının biri ləğv edilərək 2-yə endiriləcək. Bunda əlavə hazırkı müavinlərdən 2-nin vəzifəsindən azad ediləcəyi, yeni müavin vəzifəsinə isə Respublikanın Baş Baytarlıq Müfəttişi Qalib Əbdüləliyevin təyin ediləcəyi, Baş Baytarlıq Müfəttişi vəzifəsinə isə Laçın rayonunun sabiq icra başçısı, hazırda Kənd Təsərrüfatı Nazirliyində çalışan Ramiz Cəbrayılovungətiriləcəyi deyilir.

Qeyd edək ki, Qalib Əbdüləliyevin də ötən il AQTA-ya Kənd Təsərrüfatı Nazirliyindən gətirildiyi deyilir.

Məsələyə münasibət öyrənmək üçün dəfələrlə AQTA mətbuat xidməti ilə əlaqə yaratmağa çalışsaq da zənglərimizə cavab verilmədi. 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook