SON XƏBƏR

Aqrar kreditlərlə bağlı yeni fırıldaq: Yeni nazir İnam Kərimov yaxşıdır, ətrafı pis?

İyun 07
14:13 2018
Bu məsələdən İnam Kərimovun xəbəri var, ya yoxdur, bilmirik. Bəlkə yeni nazir də əvvəlkilər kimi özü yaxşıdır, ətrafı pis…

İnam Kərimov bir neçə iri çaplı tuği-lənət olub kəndlinin, fermerin boğazına keçmiş "köhnə qurdlar”ı təmizləmək istəsə də buna nail ola bilməyib. Hətta məlumata görə nazirə dirsək göstərnlər də olub...

Bilindiyi kimi, kənd təsərrüfatı sahəsində "qazanc” sahələrindən biri də kreditlər idi. Hamının bildiyini bir daha təkrar edək ki, kənd təsərrüfatının hansısa sahəsini inkişaf etdimərk üçün kredit götürmək istəyən fermer-sahibkar mütləq şəkildə "şapka” verməli idi. Əks təqdirdə, müvəkkil banklar və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq idarələri imtina üçün kredit almaq istəyən fermerin sənədlərində min cür əyri-əskik tapırdılar.  

Yeni nazir İnam Kərimovun gəlişindən sonra İsmət Abbasovun zamanından qalma, Heydər Əsədovun dövründə isə daha da inkişaf etmiş bu "bəd xassəli şiş"in kəsilib atılacağına böyük ümidlər yaranmışdı. Çünki İnam Kərimov bu günə qədər Azərbaycanfa ən şəffaf məmur ünvanı qazanmış biridir və yeni kənd təssərrüfatı nazirinə bəslənən ümid heç də təsadüfi hesab olunmamalıdır. Lakin təəssüflə MilliYol-a daxil olan məlumatlara və şikayətlərə əsasən qeyd edirik ki, İnam Kərimovun təyinatından iki aya yaxın vaxt keçməsinə baxmayaraq, bu sahədə quru vədlərin verilməsi xaric, ciddi tərpəniş hiss olunmur. Hər halda aqrar sahədə çalışan və dövlətdən güzəştli kredit alaraq öz təsərrüfatını yenidən qurmaq istəyən və bu yolla kənd təsərrüfatının inkişafına dəstək olmaq istəyən insanların ümumi fikri belədir.

Çoxları kimi biz də inanırıq ki, yeni nazir kənd təsərrüfatının dirçədilməsində maraqlıdır. Ən azından ölkə prezidentinin məhz İnam Kərimovu Kənd Təsərrüfatı naziri təyin etməsi və İnam Kərimovun özünün qazandığı imic də bunu deməyə əsas verir. Lakin o, yerlərdə tuği-lənət olub kəndlinin, fermerin boğazına keçmiş "köhnə qurdlar”ın nəyə qadir olduğunu bilmir. İndi aqrar sahə kredit ayırlmalı olan təşkilatlar, müvəkkil banklar yeni fırıldağa əl atıb. "Şapka” vermək istəməyən fermerlərə deyirlər ki, biz xırda kreditləri verə bilirik və böyük məbləğlər üçün nazirliyə müraciət etsinlər. Beləliklə, "sözə baxmayan” fermerləri uzaqlaşdırır, yalnız yaxından tanıdıqları, "etibarlı” sahibkarlara kreditlər ayırırlar və təbii ki, "şapkası” ilə. 

Bu məsələdən İnam Kərimovun xəbəri var, ya yoxdur, bilmirik. Bəlkə yeni nazir də əvvəlkilər kimi özü yaxşıdır, ətrafı pis…
 
Qlobal.Az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook