SON XƏBƏR

Aqil Ələsgəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb - Əflatun Amaşov açıqladı

Avqust 01
09:23 2018
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Aqil Ələsgərin saxlanıldığını təsdiqləyib.
 
Bu barədə Şura sədri Facebook səhifəsində yazıb:
 
"İş gününün sonuna doğru "Yeni çağ” saytının baş redaktoru Aqil Ələsgərin yaxınları tərəfindən zəng gəldi. Jurnalistlə əlaqə yaratmağın mümkünsüzlüyü bildirildi.
 
Bütün əlaqədar qurumlarla təmaslar qurduq. Aldığımız ilkin məlumat bu oldu ki, Aqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Gec oldugundan məsul şəxslərlə əlaqə saxlamaq mümkün olmadı. Ancaq sabah işimizi davam etdirəcəyik. İlk addım kimi Azərbaycan Mətbuat Şurası adından Daxili İşlər Nazirliyinə müraciət ünvanlayacağıq. Jurnalistin saxlanılma səbəbini aydınlaşdırmaq lazımdır. Əlbəttə, Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq. Ümumən məsələ diqqətimizdədir”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook