SON XƏBƏR

Aqil Abbas yeni qərardan narazıdır

Fevral 01
01:11 2019
Millət vəkili Aqil Abbas təsisçisi olduğu "Ədalət” və bir neçə digər qəzetin fəaliyyətini dayandıracağına dair yayılan xəbərlərə münasibət bildirib.

Deputat BakuPost-a açıqlamasında deyib ki, qəzetin bağlanmasından söhbət gedə bilməz: "Qəzetlərin bağlanacağını kim deyib ki? Müəyyən qəzetləri dövlət maliyyələşdirir. İndi də şərt qoyublar ki, tirajı artırın. Əvvəllər dövlət pul vermirdi, qəzetlər çıxmırdı?

"Ədalət” qəzeti yenə də çap olunacaq və KİVDF-nin şərtlərinə əməl olunacaq”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərin maliyyələşdirilməsinə dair tələbləri dəyişib. Bundan sonra son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edə bilər. Məhz bu tələblərə cavab verməsi real sayılmayan 20-ə qədər qəzetin bu gün elan edilən KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edəcəyi real sayılmır.

Həmin qəzetlərin aşağıdakılar olduğu bildirilir: "Şərq”, "Ədalət”, "Unikal”, Palitra”, "Paralel”, "Azad Azərbaycan”, "Həftəiçi”, "Bizim Yol”, "Olaylar”, "Üç Nöqtə”, "Oxu Məni”, "Hürriyyət”, "Reytinq”, "Hərbi And”, "Türküstan”, "İqtisadiyyat” və "Mövqe”.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook