SON XƏBƏR

Aprel savaşında “kamikadze”lər bizi məhv etdi - Ambaryan

İyul 18
10:34 2017
Ermənistana heç kim zəmanət verə bilməz ki, Rusiyanın Azərbaycana satdığı silah ona qarşı tətbiq olunmayacaq.

Axar.az xəbər verir ki, bunu "Lragir.am” saytına müsahibəsində erməni politoloq Qagik Ambaryan söyləyib.

"Azərbaycan "Solntsepek”ləri alanda da heç kim bizə zəmanət verməmişdi. İsraildən olan "kamikadze”lərlə bağlı da eyni şey yaşandı və onlar Aprel müharibəsində bizə böyük zərbələr vurdular. Ermənistan-Rusiya münasibətlərinin indiki vəziyyəti qəbuledilməzdir. Rusiya strateji müttəfiqimiz kimi bizi heç yerdə diqqətə almır. Bu, artıq münasibətlərdəki böhrandan xəbər verir. Moskva və İrəvan hər şeyi normada olduğunu desələr də, reallıq başqa şeyləri söyləyir. Rusiya bizi rus dilinin statusu məsələsində də şantaj edir. Ermənistan Avrasiya İttifaqında yeganə ölkədir ki, onun sürücülük vəsiqələri Rusiyada tanınmır. Səbəb isə Ermənistanın rus dilini dövlət dili kimi tanımamasıdır. Rusiya təhsil naziri deyəndə ki, kiril əlifbasına keçmək lazımdır, hamı gülürdü, amma indi Moskva bizi mütəmadi olaraq təhdid edir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Ermənistanın artıq hər şeyi Rusiyanın əlindədir:

"Ermənistan hökuməti öz-özünü küncə sıxışdırıb. Biz heç yerdə manevr edə bilmərik. Ona görə ki, bütün strateji obyektlərimiz Rusiyaya məxsusdur. Biz ona öz təhlükəsizliyimizi etibar etmişik, hətta Gümrüdəki rus bazasının kommunal xərclərini ödəyirik. Amma ruslar özlərinin Suriya, Tacikistan, Qazaxıstan, Qırğızıstandakı bazalarına görə özləri ödəniş edirlər.

Ermənistan NATO bazalarını öz ərazisində yerləşdirməlidir. Rusiyaya sərt cavab verilməlidir. ABŞ digər ölkələrə təklif edir ki, bizimlə olun, hər şey yaxşı olacaq. Rusiya isə deyir ki, bizimlə olmasanız, pis olacaq. Bu şantajdır”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook