Aparat rəhbəri: "Oqtay Şirəliyev iş başındadır və koronavirusla mübarizədə aktiv iştirak edir"
İyul 10
18:44
2020
"Səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində hər hansı problem yoxdur, iş başındadır və koronavirusla mübarizədə aktiv iştirak edir".
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.