SON XƏBƏR

ANS-in rəhbərliyinə 3 gün vaxt verildi

May 19
14:15 2017
ANS-i keçmiş aparıcısı telekanal rəhbərliyini hədələdi. "Qaynarinfo" xəbər verir ki, telekanalın ''Şokolad'' verilişinin aparıcısı olmuş Ülviyyə Alovlu ANS-in bütün cavabdeh şəxslərinə sonuncu xəbərdarlığını edib.

Aparıcı şəxsi "Facebook" profilində qeyd edib ki, ANS iki ildir onun məvacibini vermir: "Ha dedim ki, eyibdir, bir az gözləyim, amma görürəm ki, alınmır. Mənim "Şokolad" verilişində aparıcı kimi bir aylıq fəaliyyətimin nəticəsi olaraq məvacibim yaxın 3 gün ərzində ödənilməsə, mən hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm! Ədalət gözləntisində olan ANS-çilər əvvəlcə özlərindən gözlənilən ədaləti bərqərar etsinlər! İki ildir ki "sabahlarla" başımı bişirməyinizdən təngə gəldim artıq!!!".

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook