SON XƏBƏR

Anna Netrebko və Yusif Eyvazov Özbəkistan Böyük Teatrında çıxış edəcəklər

İyul 14
10:36 2017
Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) və Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) iyulun 24-də Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrında çıxış edəcəklər.
 
Konsert proqramında, həmçinin Lüdovik Tizye (baritone, Fransa) və Yelena Jidkovanın (metso-soprano, Rusiya) çıxışı nəzərdə tutulur. Özbəkistan Milli Simfonik Orkestrinə Denis Vlasenko (Rusiya) dirijorluq edəcək.
 
Dünya operasının ulduzu Anna Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş etdirilib.
 
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı "Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook