SON XƏBƏR

Ankarada qətlə yetirildiyi sərgi salonuna Rusiya səfirinin adı verildi

Yanvar 10
13:09 2017
Ankaradakı Müasir İncəsənət Mərkəzinin sərgi salonuna Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovun adı verilib.
 
TASS xəbər verir ki, səfirə həmin zalda sui-qəsd edilib.
 
Məlumata görə, ad verilməsi ilə bağlı keçirilən mərasimdə Ankaranın Çankaya rayonu bələdiyyəsinin sədri Alper Taşdelen diplomatın qətlinin Türkiyə və Rusiya xalqlarının hiddətinə səbəb olduğunu söyləyib: "Bu zal həmişə Andrey Karlovun xatirəsini yaşadacaq”.
 
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara şəhərindəki Rusiya səfirliyinin yerləşdiyi küçəyə dekabrın 19-da qətlə yetirilmiş səfir Andrey Karlovun adı verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook