SON XƏBƏR

Anjey Kaspşik 23-cü dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təyin edilib

Fevral 28
10:42 2019
ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı bir il müddətinə uzadılıb.

Bu barədə "Report”a müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bildirib.

"Səfir Anjey Kaspşiki münaqişə üzrə şəxsi nümayəndəm təyin etdim, Minsk prosesinə inanırıq və uğur üçün lazım olan dəstəyi davam etdirəcəyik”, – M.Layçak deyib.

Beləliklə, polşalı diplomat 23-cü dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təyin olunub.

Qeyd edək ki, A.Kaspşik bu vəzifəni 1997-ci ilin yanvar ayından tutur.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook