SON XƏBƏR

Ancey Kaspşikin ofisinə 1 241 300 avro ayrıldı

Fevral 19
11:52 2018
Bu il ATƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayıracaq.
 
"Report" xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşikin ofisinin büdcəsi isə 1 241 300 avro təşkil edəcək.
 
Müqayisə üçün bildirək ki, ötən il də Minsk qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayırılmışdı, A.Kaspşikin ofisinin büdcəsi isə 1 235 800 avro idi.
 
Xatırladaq ki, bu il fevralın 15-də ATƏT-in Daimi Şurası Vyanada təşkilatın 2018-ci il üçün büdcəsini təsdiq edib. 2018-ci il yanvarın 1-dən dekbarın 31-dək olan dövr üçün təşkilatın ümumi büdcəsi 137 801 200 avro olacaq.
 
ATƏT-in Daimi Şurasına təşkilata üzv 57 ölkənin nümayəndələri daxildir. Qərarlar konsensus əsasında qəbul edilir.
 
ATƏT 57 üzv ölkənin ödənişləri hesabına maliyyələşdirilir.







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook