SON XƏBƏR

Anar Ələkbərov I vitse-prezidentin köməkçisi təyin olundu

Aprel 17
18:11 2017
Heydər Əliyev Fondunun icraçı-direktoru, Heydər Əliyev Mərkəzinin direktoru, Avtomobil növləri federasiyasının rəhbəri Anar Ələkbərov Azərbaycan respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın köməkçisi təyin olunub.
 
Qlobal.az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, bununla bağlı rəsmi təyinat olub. Yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcəyi gözlənilir.
 
Qeyd edək ki, Heydər Əliyev Fondunun rəsmi açılış mərasimi 10 may 2004-cü ildə baş tutub. Anar Ələkbərov həmin tarixdən Fondun icraçı-direktoru vəzifəsini daşıyıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook