SON XƏBƏR

"Anamın atası Azərbaycan əsillidir"

Mart 14
10:48 2017
AFFA daha bir futbolçunu milliləşdirməyə yaxındır.
 
Qlobal.az Goal.az-a istinadla xəbər verir ki, Türkiyənin "Adana Demirspor" klubunda çıxış edən Sercan Kaya müsahibəsində bu barədə məlumat verib. 28 yaşlı oyunçunun sözlərinə görə, ona Azərbaycan millisində oynamaq təklif olunub və o, bunu qəbul etməyi düşünür:
 
"Məni haradan tapdıqlarını bilmirəm. Anamın atası Azərbaycan əsillidir. Artıq yığmada oynamaqla bağlı təklif almışam və bunu qəbul etməyimi düşünürəm. Yaxın vaxtlarda məni milliyə dəvət edəcəklər".
 
Sercan Kaya karyerası ərzində "Bucaspor", "Trabzonspor", "1461 Trabzon" (icarə), "Rizespor" klublarında da çıxış edib. O, 2008-ci ildə Türkiyənin U-20 millisinə də dəvət alıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook