SON XƏBƏR

“Amnesty international”: "Avropa Birliyi miqrantlarla rəhmsiz davranır"

Avqust 09
13:08 2018
Xəbər verildiyi kimi, bu ilin əvvəlindən Aralıq dənizində 1,1 min miqrant həlak olub. "Amnesty international” təşkilaıtının yaydığı hesabatda İtaliya və Malta miqrantları xilasetmə əməliyyatlarına mane olmaqda ittiham olunub.

Təşkilatın yaydığı məlumata görə, təkcə iyun və iyul aylarında 721 qaçqın ölüb (564-i iyunda, 157-i iyul ayında).

Ekspertlərin fikrincə, Avropa Birliyi ölkələri Liviya hakimiyyəti ilə saziş bağlayaraq onların qitəyə gəlməsini əngəlləməyə çalışırlar. Bundan başqa, İtaliya və Malta qaçqınları xilas etməyə çalışan qayıqları qəbul etməkdən imtina edir və hətta xilasetmə əmaliyyatlarını aparan təşkilatlara mane olurlar.

"Aralıq dənizindən keçən insanların sayının azalmasına baxmayaraq, onların arasında ölüm halları ikiqat artıb. Avropalılar Liviyanın sahil xidməti ilə razılaşaraq qeyri-hökumət təşkilatlarını humanitar yardımına da imkan vemirlər. Bu cür ölümlər Avropa üçün təkcə faciə deyil, həm də böyük rüsvayçılıqdır”, - "Amnesty International” təşkialatınınn məruzəçisi Matteo de Bellis bildirib.

Qərb mətbuatı Liviyanın qaçqın, amma əslində əsir düşərgələrində mart ayından bu yana 10 mindən çox insanın saxlanıldığını yazır. Həmin düşərgələrdə isə insanlara Türkiyədə Suriya qaçqınlarına göstərildiyi kimi şəfqətlə yanaşmırlar.

Media həmin miqrantlara ağlagəlməz zülm verildiyi, onların sadəcə kölə olaraq varlı adamlara satıldığı barədə informasiyalar dərc edir.

Humanitar təşkilatları ən çox hiddətləndirən İtaliya hökumətinin hərəktləridir. Belə ki, italiyalıların Liviyanın səhra komandirlərinə qaçqınları saxlamaq üçün pul verdiyi ortaya çxıb. Həmin komandirlərin bir çoxu isə özlərini əsl qul taciri kim aparır.
 
(Musavat.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook