SON XƏBƏR

Ammanda İsrail səfirliyinə hücum: 2 ölü, 2 yaralı

İyul 24
10:59 2017
İordaniyanın paytaxtı Amman şəhərində İsrail səfirliyinə hücum təşkil edilib.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ölənlər iordaniyalıdır, yaralananlardan biri iordaniyalı, biri İsrail vətəndaşıdır. 
 
Hücumun mebel şirkətinin işçiləri tərəfindən təşkil edildiyi bildirilir. Səfirlik mebellərini dəyişdirərkən mebel şirkətinin işçilərindən biri təhlükəsizlik xidmətinin yəhudi əməkdaşına hücum edib, sonra isə atəş açılıb. Hadisədən sonra səfirliyin işçiləri təxliyyə edilib.
 
Qeyd edək ki, ötən günlərdə İordaniyada İsrail əleyhinə etiraz aksiyaları təşkil edilirdi. Aksiyaçılar Qüdsdə yerləşən Əl Əqsa məscidinə təhlükəsizlik məqsədilə metal detektorlar yerləşdirilməsinə etiraz edirdilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook