SON XƏBƏR

AMİP beynəlxalq tədbir keçirəcək

Sentyabr 19
10:47 2018
"Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayının keçirilməsi ilə bağlı yekun qərar verilməyib”.

Bunu Modern.az-a açıqlamasında AMİP Siyasi şurasının üzvü Əli Orucov söyləyib. O bildirib ki, qurultayın keçirilib-keçirilməməsi barədə qərarı partiyanın Siyasi şurası dəqiqləşdirməlidir:
 
"Hələlik, rəsmi qərarlar yoxdur. Yaxın müddətdə Siyasi şuranın iclası planlaşdırılır. Həmin toplantıda qurultayın keçirilməsi də ön plana çıxarılacaq.

Partiyanın hazırda məşğul olduğu ən vacib məsələlərdən biri xarici müttəfiqlərimizlə birlikdə keçiriləcək beynəlxalq tədbirimizə hazırlıqdır. AMİP olaraq, həmişə ölkənin siyasi, ictimai həyatının mərkəzində olmuşuq.

Bundan sonra da eyni templə davam edəcək, mövqeyimizi qoruyacağıq. Məlumdur ki, dünya siyasi gündəmində və regionda çox ciddi siyasi proseslər gedir. Gec-tez Azərbaycandan da yan keçməyəcək narahatedici proseslərə hazır olmaq üçün partiyanın öz formasında qalmasına çalışırıq”.

Əli Orucov qeyd edib ki, AMİP-in gənclər və qadınlar qolunun gücləndirilməsi, təşkilatlanma işinin peşəkar təşkili ilə bağlı addımlar atacaqlar.

"Əsas fəaliyyət istiqamətlərimiz qeyd edilən məsələrdir. Partiyamız həmişə yenilənən siyasi proseslərə hazırdır”. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook