SON XƏBƏR

Amerikalı diplomatlar Rusiyanı tərk etdi

Aprel 05
09:48 2018
Moskvada ABŞ səfirliyinin əməkdaşları diplomatik missiyanın binasını tərk edib.

Trend-in məlumatına görə, bu gecə diplomatları daşıyan nəqliyyat karvanı yola düşüb.

Qeyd edək ki, diplomatlara aprelin 5-ə qədər Rusiyanı tərk etmək barədə tapşırıq verilmişdi.

Rəsmi Moskva ABŞ-ın rus diplomatlarını geri göndərməsinə cavab olaraq bu addımı atıb. 60-a qədər amerikalı diplomat Rusiyanı tərk edib.

Qeyd edək ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 27 ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook