SON XƏBƏR

AMEA: Xəzərin Aralın taleyini yaşamaması üçün işlər görülməlidir

May 12
10:39 2018
"Planetin temperaturunun istiləşməsi gələcəyin ən böyük problemidir".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. 

O bildirib ki, qlobal istiləşmənin təsiri özünü daha çox daxili sularda göstərir: "Daxili sulara ən bariz nümunə Xəzər dənizidir. Xəzər dənizinin Aralın taleyini yaşamaması üçün müəyyən işlər görülməlidir. Xəzər dənizinin biomüxtəlifliyi, ətraf mühiti, fiziki şəraiti mühafizə olunmalıdır".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook