SON XƏBƏR

AMEA prezidenti Mingəçevir İES-də baş vermiş hadisəyə münasibət bildirib

İyul 10
14:52 2018
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş hadisəyə münasibət bildirib.
 
APA-nın xəbərinə görə, A. Əlizadə AMEA magistrlərinin məzun günündə çıxışı zamanı bildirib ki, Mingəçevir İES-də baş vermiş hadisə Azərbaycan elminin energetika istiqamətində bir qədər inkişafını tələb edir.
 
AMEA prezidenti qeyd edib ki, Azərbaycan energetika elmi alimlərin diqqətində olmalıdır: "Azərbaycan energetikləri Mingəçevir İES-də bir blok sıradan çıxanda, ümumi enerji şəbəkəsinə zərər dəyməyən təhlükəsizlik sxemi yaratmalıdırlar”.
 
A. Əlizadə vurğulayıb ki, AMEA energetika sahəsinə ciddi diqqət yetirməlidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook