SON XƏBƏR

AMEA-nın sabiq xanım işçisi 8 il cəza aldı - dələduzluğa görə

Aprel 21
13:24 2017
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq əməkdaşı, dələduzluqda təqsirləndirilən 1973-cü il təvəllüdlü Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Musavat.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə hökm oxunub.
 
Hökmə əsasən A.Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə A.Cahangirova iki nəfərə qarşı dələduzluq əməli törədib, onların etibarından sui-istifadə edərək mülli miqdarda pullarını ələ keçirib. AMEA-da dizayner vəzifəsində işləyən Cahangirova hər iki şəxsdən pulu iş qurmaq adı ilə alıb.
 
Aliyə Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook