SON XƏBƏR

AMEA-nın institutunda 303 minlik şübhəli tender- ARAŞDIRMA

Yanvar 18
19:54 2017
Azərbaycanda dövlət qurumlarının alqı-satqılar zamanı qanunverciliyi pozması hallarının geniş yayıldığı heç kimı sirr deyil. Xırda araşdırma ilə əksər dövlət qurumlarının (nazirlik, komitə, ASC-lərdən tutmuş, yerli icra hakimiyyətləri, dövlət universitet və institutlarına qədər) tenderlərdə hansı maxinasiyalar qurduqlarını, şübhəli əməliyyatlar həyata keçirdiklərini üzə çıxartmaq mümkündür.

AFN.AZ olaraq, müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş "maraqlı” tenderlər barədə məlumatlar hazırlamağa başlamışıq.
 
Belə şübhəli tender keçirən qurumlar sırasında Milli Elmlər Akademiyasının(AMEA) müxtəlif institutları da var ki, bunlardan da ilk diqqətimizi cəlb edən fakt isə AMEA-nın Dendrologiya İnstitutunun 2016-cı il ərzində keçirdiyi tenderlər oldu. Ümumilikdə institutun keçirdiyi 10 tenderin qalibi cəmi 2 MMC olub. "Fəza Nur” MMC Dendrologiya İnstitutundan Kommunikasiya sisteminin təmiri işləri üçün 40 000 manat, Çirkab mayeni daşımaq üçün 10 000 manat, İnventarla təchiz etmək üçün 40 000 manat, Digər alış və xidmətlər üçün 8 000 manat, Mal və xidmətlərlə təchizat üçün 48 000 manat, Mal-materiallarla təchizat üçün 12 000 manat, Dəftərxana və təsərrüfat malları üçün 30 000 manat, Avadanlıqlarla təchizat üçün 48 000 manat – cəmi 8 tenderdən qalib çıxmaqla 236 000 manat udub.

"Səda Nur”” MMC isə 2 tenderdən qalib ayrılaraq Dendrologiya İnstitutu üçün Elmi-tədqiqat işlərini həyata keçirməyə 32 000 manat, nə qədər qəribə də olsa Bağı su ilə təmin etməyə isə 35 000 manat əldə edib.
 
Çox maraqlıdır ki, Vergilər Nazirliyinin bazasındakı məlumata görə, hər iki şirkət eyni gündə 09 fevral 2016-cı ildə yaradılıb. Onların hüquqi ünvanı da eynidir – Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 33, mənzil 21. Nəhayət, hər iki MMC-nin hüquqi təmsilçisi də eyni adamdır – Məmmədov Nuru Teymur oğlu. Şirkətlər barədə İnternet resurslarında olan məlumat yalnız bundan ibarətdir.
 


Tofiq Məmmədov

Maraqlıdır ki, araşdırmalarımız zamanı N.Məmmədovun Dendrologiya İnstitutunun direktoru Tifoq Məmmədovun yaxın qohumu olduğu bildirildi. İnstitut 2-3 ay əvvəl yaradılan şirkətlərə 300 000 manatdan çox vəsaiti necə etibar edib? N.Məmmədov həqiqətənmi T.Məmmədovun qohumudur? Suallara cavab tapmaq üçün institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla əlaqə saxladıq. Direktor MMC rəhbəri ilə hər hansı qohumluğu olmadığını bildirdi. Eyni zamanda qeyd etdi ki, 2016-cı ildə keçirilən tenderlər ləğv edilib: "Onlar hamısı ləğv edildi, büdcə boşdu deyib pulu vermədilər. Mən özüm camaatı işlədib borclu qalmışam, verə bilməmişəm pullarını”. 
 
T.Məmmədov onu da qeyd etdi ki, tenderi institut yox, yuxarı idarə (AMEA), İqtisadiyyat Nazirliyi keçirir. Lakin direktor kimə, nə qədər borclu qalması ilə bağlı sualı cavablandırmadı: "Hansı təşkilat mediaya hesabat verir?”
 
Qarşı tərəf də münasibət sərgiləyə bilər. 
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook