SON XƏBƏR

AMEA-nın iki institutuna yeni direktor təyin ediləcək

Yanvar 12
12:38 2017
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bəzi elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edib.
 
AMEA-dan APA-ya verilən xəbərə görə, seçkilər nəticəsində Humanitar Elmlər Bölməsi üzrə Folklor İnstitutu və İctimai Elmlər Bğlməsi üzrə İqtisadiyyat İnstitutuna yeni direktorlar təyin olunacaq.
 
AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər. Namizədlərin irəli sürülməsinə dair müvafiq sənədlər (2 nüsxədə) elan dərc edildiyi gündən 1 (bir) ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə  təqdim edilməlidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook