SON XƏBƏR

AMEA-dan mənzil bölgüsündən narazı qalan əməkdaşlarına akademik məsləhət

İyul 07
11:47 2017
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mənzil bölgüsündən narazı qalan əməkdaşları inzibati binanın qarşısında toplanaraq rəhbərliklə görüşməyi tələb ediblər.
 
Bu barədə virtualaz.org-a AMEA-dan məlumat veriblər.
 
Mənzil bölgüsündən narazı qalanlar əsasən hazırda AMEA-da işləməyən 36 ailə və vaxtında növbəyə dayanmayan, sənədlərində problem olan 17 AMEA əməkdaşıdır. Akademiyanın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev onlara mənzil bölgüsü üçün fərdi qaydada müraciət etmələrini məsləhət görüb. Əks halda, kollektiv müraciətin araşdırılması mümkün olmayacaq.
 
Qeyd edək ki, AMEA ilə "Evrostroy-S” MMC arasında 14 noyabr 2012-ci il tarixində bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni bina inşa edilir. AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzil ayrılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook