SON XƏBƏR

Amano: "Şimali Koreya nüvə proqramını inkişaf etdirir"

Aprel 13
16:28 2017
Şimali Koreya aşkar surətdə nüvə proqramını inkişaf etdirir.

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano NHK telekanalına müsahibəsində bəyan edib.

"Yon Bon nüvə obyektində uranın zənginləşdirilməsi üzrə tikililərin sayı iki dəfə artıb. Ətraf ərazilərdə yardımçı binaların tikintisi davam etdirilir”, deyə Y.Amano qeyd edib.

Onun sözlərinə görə, rəsmi Pxenyan əvvəllər bəyan etdiklərini aşkar surətdə həyata keçirir: "Mən artıq uzun müddətdir ki Şimali Koreyanın nüvə-raket proqramını izləyirəm. Fikrimcə, bu məsələdə gərginlik artmaqdadır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook