SON XƏBƏR

"Alpenfood” MMC Azərbaycana neft qarışıqlı yağ gətirdiyinə görə cərimələnib?

İyul 23
14:14 2019
Ötən gün Maliyyə Bazarlarına Nəzarət Palatasının "Alpenfood” MMC-ni cərimələdiyi barədə məlumatlar yayıldı.
 
Mediada yayılan məlumatda şirkətin cərimələnməsinə səbəb vayuta tənzimi qaydalarını pozması göstərilirdi.

Maliyyə Bazarlarına Nəzarət Palatası "Alpenfood” MMC-nin hansı məbləğdə cərimələndiyi barədə məlumat verməyib. 
  
Qaynarinfo "Alpenfood” MMC barəsində kiçik araşdırma apararaq maraqlı məlumatlar əldə edib. 
 
Əldə etdiyimiz məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi 59a ünvanında yerləşən "Alpenfood” şirkəti yağ idxalı ilə məşğuldur. Şirkətin əsas işbirliyində olduğu ölkə Ukraynadır.
 
Qeyd edək ki, şirkət ötən ilin yanvar ayında Ukraynadan Azərbaycana idxal etdiyi 22 ton "Alpenfood” nişanlı bitki-kərə qarışıqlı yağı sertifikatlaşdıra bilib.
 
Maraqlıdır ki, hüquqi ünvanı Xatai rayonu, Zığ yolu, ev 26 olan şirkətin qanuni təmsilçisi Qazax rayonunun Astanbəyli kənd sakini 1988-ci il təvəllüdlü Barıyev Ruslan Mehvalı oğludur. "Alpenfood” MMC-nin hazırda 50.650 manat vergi borcu var. Daha maraqlısı odur ki, adıçəkilən şəxsin şirkətin gerçək sahibi olduğu da şübhəlidir. Belə ki, Qaynarinfo-nun şəxsi kanallarla aydınlaşdırıb ki, Barıyev Ruslan kənddə adi həyat yaşayan sadə sakindir. 
 
Xatırladaq ki, Ukraynada istehsal olunan yağların keyfiyyəti, tərkibində zərərli maddələrin olması barədə dünya mətbuatında dəfələrlə yazılıb. Hətta bir çox ölkələr Ukraynadan duz, yağ və şəkər tozu idxalına qadağa qoyub. 
 
Hələ bir neə il öncə İspaniya Ukraynadan gətirilən yağlarda neft məhsulları hissəcikləri aşkarladığına görə bütün yağlar satışdan yığışdırıldı. Analoji addım Fransa tərəfindən də atıldı. Belə ki, fransız mütəxəssislər də Ukraynadan gətirilən yağların tərkibində neft məhsulu aşkarladığına görə Ukrayna yağlarının satışına qadağa qoydu və baş verənlər barədə Avropa Komissiyasını məlumatlandırdı. 
 
Hazırda Fransa, İspaniya, İtaliya, Niderland, İsveçrə və Avropanın digər ölkələrı Ukrayna yağlarına qadağa qoyub. 
 
İddialara görə "Alpenfood” MMC-nin cərimələnməsinə səbəb onun Ukraynadan idxal etdiyi yağların keyfiyyətsiz olması ilə bağlıdır.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook