SON XƏBƏR

Almaniyada liberallar "Yamayka koalisiyası"na daxil olmaqdan imtina edib

Noyabr 20
11:52 2017
Almaniyanın Azad Demokratik Partiyası Angela Merkelin rəhbəri olduğu partiya və "yaşıllar"la birgə parlament koalisiyası yaratmağa dair danışıqları tərk edib.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə liberalların fraksiyasının rəhbəri Kristian Lindner deyib.

"Pis idarə etməkdənsə, ümumiyyətlə idarə etməmək daha yaxşıdır", - deyə o bildirib.

Bir müddət əvvəl A. Merkel hökumətin formalaşdırılması üçün "Yamayka koalisiyası" ( koalisiyada iştirak edən partiyaların rənğləri – qara, sarı və yaşıl Yamayka bayrağının rənğlərinə təsadüf edir - red.) danşıqların başladığın elan etmişdi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook