SON XƏBƏR

Almaniyada azərbaycanlılarla afrikalılar arasında dava: yaralılar var

Avqust 22
00:10 2019
Almaniyanın Deggendorf şəhərində azərbaycanlılarla Nigeriya və Seneqaldan olan şəxslər arasında qarşıdurma baş verib.

Hadisə ötən gün təxminən saat 17:00 radələrində baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyada yaşayan Əlövsət Əliyev məlumat yayıb.

Qeyd olunur ki, dünən 15-16 yaşlı bir azərbaycanlı xanım Nigeriya və Seneqaldan olan şəxslərin yaşadığı binanın ətrafında olanda sərxoş afrikalıların hücumuna məruz qalıb. Xanım vaxtında ərazidən uzaqlaşa bilib.

Bir müddət sonra isə azərbaycanlılar qarşı tərəfin yaşadığı binaya daxil olub, məsələnin səbəbini araşdırmaq istəyiblər. Bu zaman qarşıdurma baş verib. Qarşıdurmada hər iki tərəfdən xeyli sayda yaralanan olub. Müəyyən vaxt keçdikdən sonra isə nigeriyalılar və seneqallılar azərbaycanlılar yaşadığı kampa hücum çəkiblər. Daş, dəmir parçaları atıblar. Bütün pəncərələri vurub, sındırıblar. Əraziyə yüzə yaxın xüsusi təyinatlı polis dəstəsi cəlb edilib. Hər iki tərəfdən də bir neçə nəfər saxlanılıb. Xəsarət alanlar isə xəstəxanalara yerləşdirilib. Xəsarət alan azərbaycanlılar bu gün xəstəxanadan buraxılıblar. Lakin polis bölməsinə aparılanların bəziləri hələ ki, buraxılmayıb.

İnsident nəticəsində tərəflər arasında ağır xəsarət alan və ya ölən yoxdur.

Hazırda həmin kamp polis nəzarətindədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook