SON XƏBƏR

Almaniya XİN: "Miqrasiya problemi Avropa İttifaqını parçalayır"

Yanvar 09
00:46 2018
Avropa İttifaqı (Aİ) miqrasiya böhranının öhdəsindən gələ bilmir.
 
"Report” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib.
 
"Biz müharibədən qaçan və ya yaxşı pay axtarışında olan insanların kütləvi miqrasiya probleminin öhdəsindən güclə gəlirik. Hərdən elə gəlir ki, o, Avropa İttifaqını parçalayır", — deyə TASS nazirin sözlərini sitat gətirib.
 
O bildirib ki, Aİ ölkələri qurumun beynəlxalq arenadakı mövqeyini qoruyub saxlamaq üçün fikir ayrılığını aradan qaldırmalıdır.
 
"Biz növbəti illərdə daxili fikir ayrılıqlarını dəf etməli və Aİ-ni böyük beynəlxalq oyunçuya çevirməliyik", - deyə nazir əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook