SON XƏBƏR

Almaniya mediası: “Formula-1” azarkeşləri Azərbaycanda maraqlı və həyəcan dolu bir yarış izləyiblər

İyun 27
12:10 2017
"Formula-1” Azərbaycan Qran-Prisi Almaniya mətbuatının diqqət mərkəzindədır. Alman mediası "Formula-1” yarışının gedişatını və bütün texniki detalları ətraflı şəkildə işıqlandırmaqda davam edir.
 
"Handelsblatt” qəzetinin iyunun 25-də işıq üzü görən sayında "Formula-1”in gedişatı və texniki məsələlər müzakirə edilir: "Ekspertlər alman Sebastian Vettelin idarə etdiyi avtomobilin mühərriklərinin yarışa çıxmış digər avtomobillərin mühərriklərindən zəif olduğunu bildirirlər, bu da Vettelin işini xeyli çətinləşdirə bilər”.
"ARD” ictimai televiziyasının "Sportschau” (idman xəbərləri) proqramının aparıcısı isə alman pilot Sebastian Vettelin haqsız cəzalandırıldığı qənaətindədir: "Levis Hamilton yarış zamanı sürəti bir neçə dəfə kəskin aşağı salaraq, özündən sonra gələnləri, xüsusilə Vetteli qəza vəziyyəti ilə üz-üzə qoymuşdur. Buna reaksiya olaraq, Vettel Hamiltona eyni cür cavab verməli oldu. Əvəzində isə Vettelə cəza xalları verildi, Hamilton isə müəmmalı şəkildə bu cəzaya məruz qalmadı”.
 
"Süddeutsche Zeitung” qəzetinin 25 iyun buraxılışında Sebastian Vettelin gələcək oyunlarda daha ehtiyatlı davranması məsləhət görülür: "Vettel bir pilota veriləcək 12 cəza xalından 9-nu alıb. Gələcək oyunlarda kiçik səhv onu daha sərt cəzalarla qarşılaşdıra və oyunlarda iştirakdan məhrum edilməsinə səbəb ola bilər”.
 
"Bild” qəzeti pilotlar Sebastian Vettel və Levis Hamiltonun rəqib olmalarına baxmayaraq, əvvəllər bir-birilərinə qarşı hörmətlə davrandıqlarını, lakin Bakıdakı yarışdan sonra onların münasibətlərinin kəskin pisləşdiyini və bir-birilərinin ünvanlarına ən sərt ittihamlarla çıxış etdiklərini bildirir.
 
"Süddeutsche Zeitung” qəzetinin 26 iyun sayında yer almış digər bir məqalədə isə tamaşaçıların çox maraqlı və həyəcan dolu bir yarış izlədikləri və avstraliyalı qalib Daniel Rikkardoya istinadən bu yarışlarda qalib gəlmək üçün bütün şərtlərin ideal olduğu qeyd edilir.
 
Ümumiyyətlə, Almaniyanın federal və regional mətbuat orqanlarında "Formula-1” Azərbaycan Qran-Prisinin açılış mərasimi və gedişatı ərəfəsində çoxsaylı materiallar dərc edilib və televiziya kanalları ilə birbaşa yayımlanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook