SON XƏBƏR

Almaniya "İncirlik"dən çıxdı: münasibətlər daha da kəskinləşəcək

İyun 07
17:00 2017
Almaniya ordusunu "İncirlik"dən çıxarıb.
 
"Qaynarinfo"nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Almaniya hökuməti 260 əsgərinin və Tornado qırıcılarının "İncirlik" hərbi bazasından çıxarılması barədə qararı qəbul edib.
 
Bu barədə açıqlama verən Türkiyənin ehtiyatda olan general mayoru Armağan Kuloğlu Almaniyanın bu qərarını 2016-cı ildən bu yana iki ölkə arasında FETÖ və PKK barədə yaranan fikir ayrılığı ilə əlaqələndirib. O,  Almaniyanın "İncirlik"dən çəkilmə qərarının Ankara-Berlin münasibətlərinə daha pis zərbə vurduğunu qeyd edib.
Qeyd edək ki, FETÖ qruplaşması ilə əlaqədar şübhəlilərin təhvil verilməsi barəsində Berlinlə razılaşa bilməyən Türkiyə bir müddət öncə onu PKK-ya dəstək verməkdə də günahlandırmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook