SON XƏBƏR

Almaniya daha 6 azərbaycanlını deportasiya edəcək

Noyabr 18
11:47 2020
Almaniyaya 2016-cı ildə gələrək bu ölkədən sığınacaq istəyən 6 Azərbaycan vətəndaşı deportasiya ediləcək.

"Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, ötən gün barələrində könüllü ölkədən çıxmaları ilə bağlı qərar olan Azərbaycan vətəndaşlarının işinə Düsseldorf şəhər İdarə Məhkəməsində baxılıb.

Məhkəmə Almaniya Əcnəbilərlə iş üzrə Federal İdarəsinin Düsseldorf şəhər şöbəsinin qərarını dəyişməyib. Yekun qərar Azərbaycan vətəndaşları ilə bağlı mövcud prosedurların tez bir zamanda tamamlanması və ölkədən məcburi qaydada çıxarılmaları olub.

Onlar polis müşaiyəti ilə məhkəmə zalından birbaşa Düsseldorf şəhər hava limanının yaxınlığındakı deportasiya mərkəzində yerləşdiriliblər.

Məlumat üçün bildirək ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi ötən ay ümumilikdə 3191 nəfərin sığıncaq müraciətini rədd edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook