SON XƏBƏR

Almaniya bankı səhvən xarici hesablara 5 milyard avro köçürmə edib

Mart 25
10:44 2017
Almaniyanın Dövlət Yenidənqurma Bankı təsadüfən xarici hesablara 5 milyrd avro köçürmə edib.
 
Hadisə texniki nasazlıq səbəbindən baş verib.
 
İnsident fevralın 20-də qeydə alınsa da, bu barədə yalnız indi məlum olub. Kredit təşkilatından bildirilib ki, sistemin yalnış işi işçilər tərəfindən ən erkən mərhələdə aşkar olunub və pullar vaxtında geri qaytarılıb. Bankdan insidentin insan amili səbəbindən baş verə biləcəyini də istisna etmirlər.

Report



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook