SON XƏBƏR

Alman siyasətçi erməni diasporunun fəaliyyətini ifşa etdi

İyul 03
12:00 2020
"1915-ci il hadisələri ilə bağlı məsələ erməni diasporu və bəzi siyasətçilər tərəfindən Türkiyə əleyhinə nifrət yaratmaq məqsədilə istifadə edilir. Qərb ölkələrində müxtəlif insanlar tərəfindən maliyyələşdirilib saxlanılan köklü anti-islamçı irqçilik var".

Qaynarinfo xəbər verir ki, bunu Almaniyada yerləşən Cənub-Şərqi Avropa və Zaqafqaziya Araşdırma Mərkəzinin direktoru Kristian İohannes Henrix deyib. O, bildirib ki, digər ölkələrin hökumətləri və parlamentləri bu mövzudan uzaq dayanmalı, Türkiyə və Ermənistan məsələni elm adamlarının iştirakı ilə öz aralarında müzakirə etməlidir.

Erməni dəstələrinin 1915-1923-cü illərdə türklərə və müsəlmanlara qarşı qətliam törətməsinə dair ciddi dəlillər olmasın baxmayaraq xristian dünyasının buna səssiz qaldığını deyən Henrix keçmiş daşnak döyüşçüsü və dövrün Ermənistan baş naziri Katçaznuninin Şərqi Anadoluda türklərə, kürdlərə və ərəblərə qarşı hücumları vaxtilə təsdiqlədiyini də bildirib.

Siyasətçi Almaniya Parlamentinin 2016-cı ildə qondarma soyqırımın tanınması üçün hərəkətə keçməsi məsələsinə də toxunub. Bildirib ki, federal parlamentdə tarixi məsələlərin həll edilməsi kökündən yanlışdır: "Xüsusən məsələ fərqli ölkələrindisə. Siyasətçilər elm adamı deyil. Politoloqlar həqiqəti tapmağa deyil, iqtidarın gücə söykənən siyasətini davam etdirməyə çalışırlar".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook