SON XƏBƏR

Allahşükür Paşazadə: "Qüdsdə baş verən hadisələrə biganə qala bilmərik"

May 15
11:38 2018
"Qüdsdə baş verən hadisələrə müsəlman olaraq biganə qala bilmərik".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O vurğulayıb ki, Qüds Fələstinin paytaxtıdır və ora hər hansı bir müdaxilə qarşıdırumalar və çətinliklər əmələ gətirir: "Televiziyalarda baxanda 59 nəfərin şəhid olduğunu eşitdim. Bu, böyük faciədir. Biz bunun 20 Yanvar hadisəsi zamanı şahidi olmuşuq. Təcavüzün nə demək olduğunu gözəl bilirik".

A.Paşazadə qeyd edib ki, o yer bütün dinlər üçün müqəddəsdir: "Müsəlman dövlətlərin arasında birlik olmadığına bundan sui-istifadə olunur".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook