SON XƏBƏR

Alimlər səbəbini tapdı: kişilər niyə homoseksual olur?

Dekabr 10
15:40 2017
Amerikalı mütəxəssisləri insan genetikası ilə bağlı yeni nailiyyət qazandıqlarını elan ediblər. 
 
Qaynarinfo xəbər verir ki, aparılan təcrübə nəticəsində kişilərin homoseksuallığa meyl etmə səbəbini müəyyən edən mütəxəssislər nəticəni "Scientific Reports” jurnalında dərc etdiriblər. 
 
Təcrübədə 1230 nəfər heteroseksual, 1077 nəfər isə homoseksuallar iştirak edib. Aparılan testlər nəticəsində müəyyən olunub ki, homoseksual və heteroseksual kişilərin genetikasında beynin və tiroid vəzinin işləməsinə əsaslı təsir edən qeyri-kodlaşdırıcı fraqmentlərdə ciddi fərqlər var. 
 
Bu fraqmentlərdən birində SLİTRK5 və SLİTRK6 genlərində 13 xromosom olduğu müəyyən edildi. Daha sadə dillə desək, bu xromosomlar kişilərin cinsi seçimlərini müəyyən etmələrinə təsir edir. 
 
Növbəti fərq TSHR genində müəyyən olunub ki, burada da 14 xromosom aşkarlanıb. Bu isə öz növbəsində tiroid hormonlarının konsentrasiyasına təsir edir. Mütəxəssislər belə nəticəyə gəliblər ki, homoseksuallar bu hormonlara edilən müdaxilələrlə normal vəziyyətə gətirilə bilərlər. 
 
Qeyd edilir ki, əldə olunan bu nəticələr ilkin nəticələrdir. İşə başlamaq üçün daha ciddi və daha çox təcrübələr aparmaq vacibdir. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, bu təcrübə bu günə qədər əldə olunan ən böyük nəticələrdən birini verib. 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook