SON XƏBƏR

Alimlər Mayya sivilizasiyasının məhvi haqda daha bir fikir yürüdüblər

Aprel 19
21:00 2017
Kanada və Böyük Britaniyadan olan bir qrup alim Mərkəzi Amerikada yayılan mayya sivilizasiyasının məhvi barədə yeni teoriya irəli sürüblər.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Daily Mail-də yer alıb. Alimlərin fikrincə, sivilizasiyanın məhvinə ayrı-ayrı qəbilə başçılarının hakimiyyət üçün mübarizəsi, regionda məhsuldarlığın azalması və iqlimin dəyişilməsi səbəb olub.

Alimlərin belə hesab edirlər ki, qidanın azlığı mayya liderlərini dəbdəbəli bayramlardan və tarixi tikintilərdən imtina etməyə məcbur edib. Bunun əvəzində ölkəni müharibələr bürüyüb. Nəticədə, bizim eradan əvvəl 900-cü illərdə mayya sivilizasiyasının varlığına son qoyulub.
Ümumilikdə, mayya sivilizasiyası iki min il mövcud olub. Onlar Mərkəzi Amerikada ilk dəfə yazı kəşf edib, piramidalar tikib və astronomiya sahəsində geniş biliklərə malik olublar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook