SON XƏBƏR

Alimlər insan bədənində yeni orqan tapdı

Oktyabr 21
09:51 2020
İnsan bədənində bir orqan kimi qəbul edilməli olan, lakin hələ öyrənilməmiş bir struktur var.

Qaynarinfo xəbər verir ki, elm adamları bu nəticəyə gəldilər. Son vaxtlara qədər ultrasəs metodlarının və digər şeylərin mükəmməl olmaması səbəbindən bronxları, qaraciyəri, sidik kisəsini və digər orqanları əhatə edən maye ilə dolu kanallar şəbəkəsi diqqət çəkmirdi.

Beləliklə, insan bədənində əvvəllər bilinməyən tüpürcək vəziləri tapılıb. Bu tapıntılar diş cərrahı Matteys Valstar və radiasiya onkoloqu Vouter Fogel tərəfindən aparılan bir araşdırmanın nəticəsi olaraq dərc edilib.

PSMA PET/CT taraması onları aşkarlamağa kömək edib. Xəstələrdən birinin başında yeni tüpürcək vəziləri tapılıb. Tədqiqatçılar vəzilərin boru torusunun üstündə yerləşməsi səbəbindən onları "boru vəziləri" adlandırıblar.

Onların funksiyası hələ aydınlaşdırılmayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook