SON XƏBƏR

Alim Qasımovun oğlunu toyda döydülər

İyul 11
05:29 2017
Hadisə Müşfiqabad qəsəbəsində baş verib

Hadisə şahidlərinin Mynews.az-a verdiyi məlumata görə, iyulun 8-i, axşam saatlarında yaxın qohumlarının toyaxşamına yığışan Qasımovlar ailəsində dəhşətli hadisə yaşanıb. 

Belə ki, qohumlar arasında dava düşüb. Bu vaxt Alim Qasımovun oğlu Qadir Qasımov da hadisə yerində olub. Mübahisə zamanı araya girən Qadir Qasımovu atasının əmisi nəvəsi gözündən vurub. Aldığı zərbə nəticəsində bir gözündən ciddi xəsarət aldığı bildirilir. Bəzi şahidlər də onu vuran şəxsin bıçaqla yaralandığını və hal-hazırda xəstəxanada olduğunu deyirlər.

Alim Qasımovun oğlunun bu günlərdə əməliyyat üçün Türkiyəyə aparılacağı bildirilir.

Hadisənin dəqiqliyi barədə məlumat almaq üçün dəfələrlə əlaqə saxlamağa çalışsaq da, ailə ilə danışmaq mümkün olmadı. Hadisəni dəqiqləşdirməyə çalışacağıq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook