Ali məktəblərə imtahanların keçiriləcəyi tarix açıqlandı
Fevral 11
12:01
2019
Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçiriləcək imtahanların tarixini açıqlayıb.
Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcək. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.
DİM-dən virtualaz.org-a bildiriblər ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də olacaq.
I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaq.
Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart , ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcək.
Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcək. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.
XI siniflər üzrə buraxılış imtahanları 7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.
Əvvəlcədən elan olunduğu kimi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 7-də, ikinci mərhələsi isə iyulun 14-də keçiriləcək.